SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və... - Yoluxma artdı

SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və... - Yoluxma artdı “Orta məktəblərdə şagirdlərin virusa yoluxma statistikasının artması, təhsil müəssisələrində tədris prosesinin dayandırılacağı demək deyil. Hazırki dövrdə məktəblərin bağlanması təhsilə ciddi ziyan vura bilər.”
Bu fikirləri, təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlaması zamanı bildirib.Onun sözlərinə görə, məktəblərdə virusa yoluxma hallarının artması gözlənilən idi:

“Bildiyiniz kimi, 90-a yaxın şagirddə virusa yoluxma halları müşahidə edilib. Aydın məsələdir ki, bu qədər kütlənin aktiv hərəkəti yoluxma sayını artıracaq. Şagirdlər arasında virusa yoluxma Bakı kəndlərində, kütləvi yoluxma isə Qubada müşahidə edilib. Virusa yoluxanlar arasında 3-cü , 4-cü sinif şagirdləri üstünlük təşkil edir. Aparılan monitorinqlər nəticəsində məlum olub ki, bu məktəblərdə dezinfeksiya işləri və qoruyucu tədbirlər çox aşağı səviyyədədir. Yoluxma halları qeydə alınan siniflər 14 gün müddətinə bağlanacaq”.

K. Əsədov şagirdlər arasında yoluxmanın daha da geniş vüsət almaması üçün, vacib addımların atılmasının zəruriliyini bildirib:

“Məktəblərin qarşısındakı sıxlıq aradan qaldırılmalıdır. Təhsil ocaqlarının qarşısında valideynlərin kütləvi şəkildə toplaşmasına icazə verilməməlidir.

Məktəb daxilində sanitar qovşaqlar yaradılmalıdır.

Məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Təssüflər olsun ki, əvvələr bu işlər yüksək səviyyədə həyata keçirilməyib”.

Qeyd edək ki, bu il pandemiya ilə əlaqədar yeni tədris ilində yalnız ibtidai siniflərin təlim-tədrisinə icazə verilib.Hazırda məktəblərdə 640 min şagirdin tədris prosesi həyata keçirilir.

Oxşar xəbərlər