FHN-də koronavirusa yoluxanlar var — RƏSMİ

FHN-də koronavirusa yoluxanlar var — RƏSMİ Pandemiya dövründə ön cəbhədə fəal mübarizə aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında yenidən koronavirusa yoluxma halları müşahidə edilib.
FHN-in mətbuat katibi Gülçin Mehdiyeva Qazet.az-a açıqlamasında bildirib ki, hələ fevral ayından etibarən Nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, vətəndaşların xüsusi karantin rejiminin tələblərinə əməl etməsi ilə bağlı təşkil olunmuş patrul xidmətinə, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər.

“Yoluxmalarımız var. Sağalan əməkdaşlarımız da var. Hazırda evə buraxılan və müalicə alan FHN əməkdaşları da var”, – deyə FHN sözçüsü qeyd edib.

Oxşar xəbərlər