
Bu barədə “HaberGlobal” məlumat yayıb.
İtaliya Səhiyyə Nazirliyindən bildirilib ki, şirkətlə əldə olunan razılaşmaya əsasən, daha 100 milyon doza peyvənd alına bilər.
Xatırladaq ki, İngiltərənin “AstraZeneca” şirkəti iyunun 5-də koronavirus peyvəndinin istehsalına başladığını açıqlayıb. Peyvəndin effektivliyi tam şəkildə sübut olunmasa da, istehsalın başladılmasına şirkət rəsmisi Paskal Soriot aydınlıq gətirib.
O bildirib ki, istehsala indidən başlanılmazsa, effektivlik sübut edildikdən sonra yaranacaq tələbatı ödəmək çətin olacaq.oxu.az