
Peyvəndin sınaqdan keçiriləcəyi 45 yaşlı şəxs koronavirus xəstəsi deyil və onun virusa yoluxma təhlükəsi yoxdur. Məlumata görə, testin məqsədi peyvəndin əlavə təsirlərinin olub-olmadığını müəyyən etməkdir. Bu peyvənd “Covid-19”a yoluxmanın qarşısını almaq üçün nəzərdə tutulub. Mütəxəssislər hesab edir ki, koronavirusa yoluxan xəstələri sağalda biləcək peyvəndin hazırlanması üçün isə azı 8 ay vaxt lazımdır.
Qeyd edək ki, koronavirus səbəbiylə dünya miqyasında 6 minə qədər insan həyatını itirib. 156 mindən çox insan virusa yoluxub. /Publika.az/