Bakı metrosunda problem — Sərnişinlər təxliyə edildi

Bakı metrosunda problem — Sərnişinlər təxliyə edildi Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Baku.ws xəbər verir ki, Dərnəgüldən Həzi Aslanov istiqamətində gedən qatar "Əcəmi" stansiyasında təxminən 20 dəqiqə dayanıb.

9.24-də dayanan qatar 9.40-da yolda düşüb. Bu müddət ərzində sərnişinlər təxliyə edilib.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, maşinist texniki səbəblərdən qatara baxış keçirmək üçün Memar Əcəmidə sərnişinləri düşürüb. Qatar stansiya dalanına verilib və əvəzinə depodan qatar verilib.
Həmin vaxt Əcəmidən Nərimanova qədər 1 qatar xətdə olmadığı üçün 2 qatar arasında interval iki dəfə artıq olub.

Oxşar xəbərlər