Bakıda yaşayış binasında yanğın — Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın — Sakinlər təxliyə edildi Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb. Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər