
“Anam mənə görə adam döydürüb. Üç nəfər ailəmizin içi kimi idi. Mənə qarşı səhv etmişdilər, anam da paylarını verdi”.
Bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun son müsahibəsində qeyd edib. Gənc sənətçinin bu açıqlaması sosial şəbəkələrdə, mətbuatda müzakirələrə səbəb olub, birmənalı qarşılanmayıb. Əksəriyyət müğənni Rəqsanə İsmayılovanın özünü “avtoritet” kimi aparmasını tənqidlə qarşılayıb, bu cür davranışın cinayət əməli olduğunu qeyd edib.
Qeyd edək ki, buna qədər bir çox sənətçilərin özlərini kriminal avtoritet kimi apararaq adam döydürdüyü, “razborka”ya çağırdığı barədə məlumatlar yayılıb. Məsələn, 2015-ci ildə müğənni Röya Ayxanın “razborka” qalmaqalı uzun müddət gündəmdən düşməmişdi.

Vəkil Adəm Məmmədov isə Röyanın bu əməlinin cinayət xarakteri daşıdığını və müğənninin cəzalandırılmalı olduğunu bildirmişdi. Vəkil müğənninin gizli çəkiliş edib, yaymaqla vətəndaşın konstitusion hüquqlarını pozduğunu qeyd etmiş və bununla bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlamışdı. Bir qədər sonra müğənnini təhqir edən şəxs ondan şikayətçi olmadığını və müğənni ilə barışdığını qeyd etmişdi. Bununla belə, müğənni tələsik olaraq ölkəni tərk etmişdi. İddialara görə, müğənni olaylara tab gətirə bilmədiyindən ölkə xaricinə çıxıb.

Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Elton da şikayət ərizəsi yazdıqdan sonra əməliyyat hazırlanır. “Bandotdel”in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək, idarəyə aparırlar. Bundan sonra Elton da BMCMİ-yə dəvət olunur. Müstəntiq müğənniləri üzləşdirib və Röya hüquq mühafizə orqanında işləyən dostunun vasitəsilə cəzalandırdığını rəsmən etiraf edib. Bundan sonra həmin şəxsin də “Bandotdel”də ifadəsi alınır və işdən azad edilir. Müğənni Röya Ayxan isə həmin ərəfələrdə telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirmişdi. Deyilənə görə, o zaman onun ölkədən getmək istəyi bu hadisə ilə bağlı olub.


“Mətanətlə 20 ilin dostlarıyıq. Adamlar bilirdilər ki, Mətanətin dostuyam. Buna görə də mənə zəng etdilər. Hadisəni araşdırmaq üçün həmin adamları çağırıb, bir məkana yığdım. Bəlli oldu ki, həmin videonu yayan oğlanın anası şəhid anasıdır. Anası bizə yalvardı, həmin adam qarşımızda diz çökdü. Biz anaya dedik ki, sən niyə üzr istəməlisən, sən şəhid anasısan, başını dik tut. O yalvardı ki, oğlumu bağışlayın. Buna görə də həmin adamı bağışladıq, məsələni həll etdik”. Lakin müğənni sonradan bu cür açıqlama vermədiyini, dediklərinin təhrif olduğunu demişdi.


“El arasında mənə ”avtoritet” deyirlər. Mənə deyirlər, filankəs özünü yaxşı aparmır. Mən də bir zənglə həll edirəm. Təbii ki, söhbət şou-biznesdən gedir”.(musavat.com)