
Yenicag.az-a açıqlama verən E.Ağayev bunu müğənninin istirahətə ehtiyacı olmasıyla əlaqələndirib:
“Atamın istirahətə ehtiyacı var, hazırda dincəlir. Atamın fikirləri təhrif olunaraq yayıldığı üçün, insanlar tərəfindən birmənalı qarşılanmadı. Buna görə də bir müddət ona ünvanlanan suallara cavab verməyəcək. Çünki telefonu məndə olacaq”.
Xatırladaq ki, Manaf Ağayevin həmkarı Mətanət Əsədovanı müdafiə etməsi, onun videosunu yayan insanı susdurması sosial şəbəkələrdə geniş müzakirə mövzusu oldu. Müğənni insanlar tərəfindən qınağa tuş gəldi.