
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun deyib.
O, anasının ona görə döydürdüyü adamlardan da danışıb: “Anam mənə görə adam döydürüb. Onlar buna layiq idilər, ailənin içi olan 3 nəfər idi. Mənə qarşı səhv hərəkət etmişdilər. Anam da onların payını verdirdi”.
İfaçı anası ilə prodüser Təranə Səmədova arasında bitməyən qalmaqala da münasibət bildirib: “Mən ancaq instaqramda varam. O vaxt odnoklasnikidə adıma səhifə açılmışdı və anamla nənəmin nömrəsi qoyulmuşdu. Anam şirkətin ofisinə getdi. Orada Təranənin şəkli çıxdı. Mənim 14 yaşım vardı. Mənə qarşı tərbiyəsizlik edilmişdi”.