Dövlət qurumundə şöbə ləğv edildi, mətbuat katibi təyin olundu – Foto

Dövlət qurumundə şöbə ləğv edildi, mətbuat katibi təyin olundu – Foto “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) kollegiya iclası keçirilib.

QSC-dən verilən məlumata görə, iclasda cari məsələlərlə yanaşı təşkilatı məsələlərə də baxılıb.

Aparılan yeni struktur və kadr islahatları nəticəsində QSC-nın İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib, onun əvəzinə Mətbuat katibliyi şöbəsi yaradılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qubanovun müvafiq əmri ilə Natəvan Bayramova Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Oxşar xəbərlər