Tramp İran barədə qərarından son anda imtina edib

Tramp İran barədə qərarından son anda imtina edib ABŞ prezidenti Trampın İrana qarşı dünən axşam saatlarında hava hücumunu təsdiqlədiyi, lakin son anda bu qərardan vaz keçdiyi iddia edilir.

APA Anadolu Xəbər Agentliyinə istinadla xəbər veirir ki, ABŞ-ın adı açıqlanmayan yüksək vəzifəli şəxsləri tərəfindən bu fakt təsdiq edilib.

“New York Times” qəzetində dərc edilmiş məlumatda bildirilib ki, yerli vaxtla 19:00-dək İranın bəzi radar və raket batareyalarına hava zərbələri endirilməli idi, hansısa səbəbdən ABŞ Prezidenti bu hücumun reallaşmasının təxirə salınmasına göstəriş verib. Trampın qərarını dəyişməsi Ağ Ev Administrasiyasının fərqli bir strategiya tətbiq etməsi kimi də qiymətləndirilir.

Oxşar xəbərlər