Obama İrana qarşı sanksiyaları təxirə saldı

Obama İrana qarşı sanksiyaları təxirə saldı Vaşinqton İranın raket proqramı ilə mübarizə aparmaq niyyətindədir

ABŞ Prezident Administrasiyası İrana qarşı ballistik raketlərin hazırladığı üçün sanksiyaların tətbiqini təxirə salıb.

Bu barədə The Wall Street Journal nəşri yazır.

Prezident Administrasiyasının nümayəndəsinin sözlərinə görə, prezident Barak Obamanın administrassiyası əvvəlki kimi İranın raket proqramı ilə mübarizə aparmaq niyyətindədir, və sanksiyaların hazırlanıb tətbiq edilməsi gündəmdə qalır.

O bildirib ki, belə tədbirlərin tətbiqi 2015-ci ilin iyul ayında dünya liderləri və İran arasında əldə olunmuş nüvə razılığının şərtlərinə əsasən hüquqi sayılmalıdır.

Oxşar xəbərlər