
İdmançı ilə şəkil çəkdirmək istəyən uşaq onun şərtini yerinə yetirməyə məcbur olur. Belə ki, H. Nurməhəmmədov onunla bir şərtlə şəkil çəkdirməyə razı olacağını deyir. İdmançı uşağın “Barselona” fanatı olduğunu bildiyi halda, ondan rəqib komanda “Real Madrid”in şüarı olan “Hala Madrid” deməyini istəyir.
Uşaq Nurməhəmmədovun şərtini yerinə yetirir və onunla şəkil çəkdirir.
Sözügedən görüntülər qısa vaxt ərzində sosial şəbəkələrdə saysız-hesabsız baxış sayı toplayıb.