“Qəbələ” tarix yazdı

“Qəbələ” tarix yazdı “Qəbələ” nəhayət, “şeytanın ayağını” qırıb çempion oldu.

2018-2019 mövsümünün son oyun Naxçıvanda ölkə kubokunun finalı ilə başa çatdı. Belə ki, “Qəbələ” “Sumqayıt” üzərində 1:0 hesabı qələbə qazanmaqla nəhayət, 4-cü dəfə finaldan qalib ayrılmağı bacardı. Bununla da “Qəbələ” tarixində ilk dəfə kuboku qazanmaqla növbəti Avrokubok mövsümündə ölkəmizi təmsil edəcək.

19 may

Azərbaycan kuboku, final

17:00. “Qəbələ” – “Sumqayıt” – 1:0

Qol: Stiven Monroz, 4

Qırmızı vərəqə: Cavid Tağıyev, 90+6 (“Sumqayıt”)

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Naxçıvan Muxtar Respublikası stadionu

Oxşar xəbərlər