
İkinci dövrənin yekun turuna Qəbələdə start veriləcək. Yerli komanda “Kəpəz”i qəbul edəcək. Əslində təqvimə görə Gəncədə keçirilməli olan qarşılaşma qərblilərin meydança probleminə görə, “qırmızı-qaralar”ın stadionunda oynanılacaq.
Ötən turun qalmaqallı matçında “Qarabağ”a uduzub, zirvəni əldən verən “qırmızı-qaralar” 1-ci pilləyə qayıtmaq üçün mütləq qalib gəlməlidi. Qərblilər isə qış fasiləsinə 4-cü sırada yollanmaq üçün 3 xal qazanmağa borcludu.
İkinci oyunda isə “Zirə” Sumqayıtda “gənclik şəhəri”nin eyniadlı komandasına qonaq olacaq. Qəbələdəki görüşün nəticəsindən asılı olaraq bu matçın qalibinin 4-cü pilləyə yüksəlmək şansı var. Məğlub olan isə 6-cı sırada qərarlaşacaq. 3 turdu uduzmayan sumqayıtlılar uğurlu seriyasını davam etdirməyə iddialıdı. Zirəlilər isə 3 matçlıq qələbə həsrətinə səfərdə son qoymağa çalışacaq.
İlin son paytaxt derbisində çempionatın autsayderləri görüşəcək. Cari mövsüm heç-heçə etməyən “Neftçi” iki matçlıq qələbə intizarını AZAL-la görüşdə qırmalıdı. Autsayder isə 17 oyunluq qələbə həsrətini bitirmək arzusundadı.
Turun mərkəzi oyununda “Qarabağ” “İnter”i qəbul edəcək. 4 turdu meydanı qolsuz tərk etməyən sonuncular liderlərə yaxınlaşmaq, ağdamlılar isə qələbə seriyasını 7-yə çatdırmaq üçün mübarizə aparacaq. “Bankirlər” istənilən nəticədə 3-cü pillədə qalacaq. Əyalət klubu isə zirvəni “Qəbələ”yə qaytarmamaq üçün ən azı 1 xal qazanmalıdı. Təbii ki, sonuncuların qalib gəlməsə, ağdamlılar məğlubiyyətlə də mövqeyini qoruyacaq.
Topaz Premyer Liqası
XIV tur
17 dekabr (şənbə)
14:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
16:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt şəhər stadionu
17:00. “Neftçi” – AZAL
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
8-ci km qəsəbə stadionu
17:00. “Qarabağ” – “İnter”
Hakimlər: Fariz Yusifov, Namiq Yusifov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
Suraxanı qəsəbə stadionu