
Bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqram səhifəsində yazıb. Yayımladığı açıq foto tənqid olunan Pərvin heç kimə əhəmiyyət vermədiyini yazıb.
Təhqirlərin qarşısını almaq üçün şərh bölümünü bağlayan Pərvin açıq-saçıq fotolar yayımlamağa davam edəcəyini bildirib:
“Məni seçib izləyən sizsiniz. Ona görə də qəbul edəcəksiniz. Başqa yolunuz yoxdur. Ya siz məni belə qəbul edib sevəcəksiniz, ya da belə qəbul edib sevəcəksiniz. Sizin təhqir dolu “tənqidləriniz” mənim üçün o qədər önəmsizdir ki, ona görə də heç dəyişmirəm. Dəyişirəm, amma işimdə, böyüyürəm, güclənirəm. Çünki mən buyam. Siz üstümə gəldikcə, mən daha da böyüyürəm. İçinizdə sevgi bəsləyin, ancaq sevgi. Humanist olaq, camaat”.
