İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç Fransada keçirilən Avropa çempionatından sonra milli komandada karyerasını başa vuracaq, Goal.com xəbər verir.
Futbolçu qeyd edib ki, millinin “Avro-2016”-da sonuncu matçı onun üçün də sonuncu olacaq.
“Ümid edirəm ki, bu, sabah baş verməyəcək”, - İbrahimoviç bildirib. O həmçinin əlavə edib ki, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Qeyd edək ki, İsveç “Avro-2016”-da iki oyundan sonra 1 xal toplayıb. Komanda “E” qrupunda son matçını sabah Belçika yığmasına qarşı keçirəcək.