İlham Əliyev: “Azərbaycanla Türkiyə arasında sıx hərbi əməkdaşlıq var”

İlham Əliyev: “Azərbaycanla Türkiyə arasında sıx hərbi əməkdaşlıq var” Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir.
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının7-ci iclasından sonra tərəflər arasında bir sıra sənədlər imzalanıb.

İmzalanma mərasimindən sonra İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan birgə mətbuat konfransı verib.
İlham Əliyev çıxışında Türkiyədən alınan silahlar və iki ölkənin birgə hərbi təlimlərindən danışıb:
"Müdafiə sahəsində birgə hərbi təlimlər, tədqiqatlar həyata keçirilir. Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var. Biz ordumuzu Türkiyədə istehsal edilən hərbi məhsullar hesabına gücləndiririk. Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılsın. Türkiyədə istehsal olunan müdafiə sənayesi məhsulları ən yüksək standartlara uyğundur”.

Oxşar xəbərlər