
“Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Suriya Milli Dialoq Konqresini, Suriyada aparılan "Zeytun budağı" əməliyyatını və İraqdakı vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.