
Demokrat.Az-ın əldə etdiyi məlumata görə, hazırda paytaxtın Binəqədi rayonu, 8-ci mikrarayon ərazisində fəaliyyət göstərən "Saloon Beer Pub" adlı bahalı iaşə obyekti Abel Məhərrəmovun məmur qardaşına məxsusdur.
"Saloon Beer Pub" pivə evində yerli içkilərlə yanaşı, bahalı Avropa pivələri də satılır. Hətta, Rauf Məhərrəmov özü də tez-tez sözügedən obyektə gələrək, bahalı Avropa pivələri içir.
Artıq heç kəsə sirr deyil ki, Məhərrəmov qardaşlarının biri bahalı ispan şərabı, digəri isə pivə biznesilə məşğul olur.
Haqqında bəhs etdiyimiz "Saloon Beer Pub" pivə evindən fotoları təqdim edirik:


