Trampı diktator adlandırdılar — “Özünü Stalin kimi aparır”

Trampı diktator adlandırdılar — “Özünü Stalin kimi aparır” “ABŞ prezidenti Donald Tramp Stalinə bənzəyir”.
“Ölkə.Az” xəbər verir ki, bu barədə ABŞ senatoru Ceff Fleyk Amerika mətbuatına açıqlamasında deyib. O bildirib ki, Tramp özünü sovet diktatoru İosif Stalin kimi aparır.
“Tramp tənqidi sevmir. Onu tənqid edən mətbuatı “yalan xəbər yazanlar” adlandırır. O, söz azadlığını boğur. Bunun özü diktatorluğa təşəbbüsdür. Tramp özünü sovet diktatoru Stalin kimi aparır”, - deyə Ceff Fleyk bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Tramp “Twitter”dəki hesabında “The New York Times”, NBC, ABC, CBS və CNN kim mötəbər media qurumlarını “yalan xəbərlər yayan" adlandırıb.

Oxşar xəbərlər