
Oxu.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, porno saytların birində seçki təşviqatına aid iki banner yerləşdirib.
“Girçi” partiyasından prezidentliyə namizəd irəli sürülən Z. Caparidze bildirib ki, sentyabrın 8-dən pornosayta yerləşdirilən bannerlərə 40 minə yaxın izləyici baxıb. O hesab edir ki, bu, televiziya yaxud küçə reklamından qat-qat effektli reklamdır.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.