Prezidentliyə namizəddən maraqlı təklif: "Evdə qalmış qadınların problemlərini həll edəcəm" (VİDEO)

Prezidentliyə namizəddən maraqlı təklif: Azərbaycan prezidenti olmaq istəyən namizəd evdə qalmış xanımların problemlərini həll edəcəyinə söz verdi.

Bu sözləri prezidentliyə namizəd Razi Nurullayev deyib

Razi Nurullayev deyib ki, hakimiyyətə gələrsə yeni İslam modelini tətbiq edəcək:

"Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində çoxsaylı ailə qura bilməyən qadınlarımız var. Fiziki məhdudiyyəti ucbatından və ya digər səbəblərdən ailə qura bilməyən xanımlarımızın da sayı az deyil. Bizim yeni İslam modelimiz bu məsələləri həll etmək üçün əsaslara malikdir.

Xanımlarımız gözəldir və xoşbəxt olmaq onların haqqıdır. İslam dini də bu təbliğ edir. Bununla bağlı geniş konsepsiyamız var, təqdim edəcəyik”.



Oxşar xəbərlər