
Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev bildirib ki, zəbt edilərək yerində obyekt tikilən daha bir dayanacaq məntəqəsi Binəqədi şosesində, Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığında yerləşir:
"2017-ci ilin sonlarına qədər burada dayanacaq məntəqəsi mövcud idi, lakin günün birində ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər ordan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar".
BNA rəsmisinin sözlərinə görə, artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər ki, bu da təhlükəli vəziyyəti daha da ağırlaşdırır:


