İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL

İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər ölkə KIV-lərində Ceyhun Cəfərov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Kürdəmir rayon İH başçısı Ceyhun Cəfərov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Kürdəmir rayon İH başçısı Ceyhun Cəfərov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz şəxs, nümunəvi icra başçısıdır. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı Kürdəmir rayon İH başçısı Ceyhun Cəfərov. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Ceyhun Cəfərov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

Kürdəmir rayonuna gəldiyi gündən Ceyhun Cəfərovun icra başçısı vəzifəsini daşıdığı Kürdəmir rayonunda görülən işlərin siyahısına nəzər salanda isə Kürdəmir rayonunda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Ceyhun Cəfərovun əməyi böyükdür

Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Kürdəmir rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Kürdəmirin Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Kürdəmir Rayon İcra başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Ceyhun müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır. Hiss olunur ki, bütün varlığı ilə doğma torpağına bağlı olan bir adamdır. Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Kürdəmirin xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Kürdəmir tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.

Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Kürdəmir dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Kürdəmirdə turizmin inkişafı üçün potensial imkanlar yaradır. Kürdəmir rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. Bu da Kürdəmirin regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Kürdəmir inamla gələcəyə doğru addımlayır

Doğrudan da Kürdəmir regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində rayon İH başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Əminik ki, Kürdəmir bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Kürdəmirin respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.

Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Ceyhun müəllimin üzünü və rayonda gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.
İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL
İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL
İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL
İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL
İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL
İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL
İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL
İcra başçısı Ceyhun Cəfərov yorulmaz fəaliyyəti ilə öndədir - ÖZƏL

Oxşar xəbərlər