Ağsunun Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Ənvər Seyidəliyevin əməyi böyükdü

Ağsunun Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ənvər Seyidəliyevin əməyi böyükdü Bir neçə gün bundan əvvəl təsadüfən internetdə bəzi saytlarda “Ağsuda növbəti üsyan anonsu: RİH başçısı əhalini dövlətdən narazı salır”... başlıqlı yazısına rast gəldim. Əvvəla bunu yazan jurnalist həmkarımız bilməlidir ki, yazıya bu cür başlıq verməklə onlar xalqı üsyana qaldırmaq üçün bir növ təbliğat aparırlar. Bu da Azərbaycan Respublikasının qanunlarına əsasən cinayət sayılır. Nə isə yazını oxuduqdan sonra Ağsu Rayon İcra Hakimiyyətində Rüstəm Zahidoğlu ilə telefon əlaqəsi saxladım. İcra Hakimiyyətindən bildirdilər ki, yazıda qeyd olunanlar həqiqətə uyğun deyildir. Tamamilə şər-böhtandan ibarət şantaj xarakterli yazıdır. O yazını hazırlayan jurnalist əslində heç Ağsuda olmayıb. Əgər o bircə dəfə Ağsuda olsa idi, reallığı öz gözləri ilə görərdi. Biz onu dəvət elədik Ağsuya gəlsin görsün sonra yazsın. Əslində o yazıya görə biz onu məhkməyə də verə bilərik. Ancaq ağlını itirmişlərin ağıla gələcəyinə ümid edib, bu yolu tutmuruq.

Bir balaca ağıl sahibi olan adam bu qədər dayaz düşüncə məhsulunu ortaya qoymaz.

Bir də qeyd etməyi vacib sayıram ki, cızmaqaraçılar nə vaxtdan Ağsunun təəssübünü çəkən olublar? Öz valideyinlərində gördüklərini başqalarının ünvanına yaxmağa kim onlara ixtiyar verib?

Bu qədər şər və böhtanın saytlarda yerləşdirilməsinin məqsədi hər bir ağıllı insana bəllidir. Haqqı danana haqq da divan tutacaq.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, işində yorulmaz şəxs, nümunəvi icra başçısıdır. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Ənvər Seyidəliyev. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir.


Ağsu rayonuna gəldiyi gündən Ənvər Seyidəliyevin icra başçısı vəzifəsini daşıdığı Ağsu rayonunda görülən işlərin siyahısına nəzər salanda isə Ağsu rayonunda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Ağsu rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Ağsunun Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin əməyi böyükdür. Ənvər müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Qanuninfo.az-nun elektron poçtuna ünvanlanan şikayət məktublarını nəzərə alaraq, apardığımız araşdırmanın nəticəsi olaraq deyə bilərik ki, Ağsu rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, bu gün rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət alıb. Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə rayon icra hakimiyyətinin başçısı yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Buna görə də Ağsuda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan sahibkarlıq subyektləri burada yeni inkişaf dövrünü yaşayır. Sahibkarlar problemlərinin həllində rayon icra hakimiyyətindən həmişə dəstək görürlər.

Artıq hər kəsə məlumdur ki, dövlət başçısının həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bildirək ki, bu müsbət tendensiya Ağsu sakinlərinin sosial rifahında da özünü göstərir. Məhz elə bu səbəbdəndir ki, hazırda Ağsu rayonunda fərdi şəxsi hesab açdıran sığortaolunanların sayında artım tendensiyası müşahidə olunur. Bu isə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsini təmin edəcək. Bundan başqa, əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biridir, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilir. Bu qəbildən olan insanlar daim Ağsu Rayon İcra Hakimiyyətinin, əsasən də icra başçısı Ənvər Seyidəliyevin diqqətindədir.

Məhz bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ağsu rayonu Ənvər Seyidəliyevin rəhbərliyi altında bu gün uğurlu uğurlu iqtisadi inkişaf, mədəni yüksəliş dövrünü yaşamaqdadır.

P.S. Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Oxşar xəbərlər