
Xalq artisti Rasim Balayevin səhhəti normallaşıb.
Bu barədə modern.az-a R.Balayev özü məlumat verib.
Bu ilin martında Mərkəzi Gömrük Hospitalında əməliyyat olunmuş aktyor ev şəraitində müalicəsini davam etdirdiyini bildirib:
"Demək olar ki, yaxşıyam. Aradabir həkim müayinəsinə gedib-gəlirəm. Nəticələr pis deyil. Həm yaş da artıq öz sözünü deyir, nə etsək də qocalırıq".