Bakı məktəbində porno qalmaqalı bitdi: Məktəb direktoru və 2 pedoqoji işçi işdən çıxarıldı - RƏSMİ

Bakı məktəbində porno qalmaqalı bitdi: Məktəb direktoru və 2 pedoqoji işçi işdən çıxarıldı - RƏSMİ Paytaxtdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.

Bu barədə Qaynarinfo-ya Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.

"Bəzən təhsil müəssisələrində olmayan hadisələr barədə ajiotaj yaratmaq cəhdləri təbii ki, ikrahla qarşılanır. Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni, təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, adıçəkilən məktəblə bağlı mətbuatda bir neçə gün öncə belə bir xəbər yayımlanmışdı:
Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən Vaqif Mirzəliyev adına 281 nömrəli orta məktəbdə əxlaqsız olay baş verib.

281 saylı orta məktəbdə işləyən müəllim S.H. qadın alverində və şantajda ittiham olunur. İddia olunur ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman video görüntülərini çəkib.

Daha sonra S.H. sevgilisi olan Zalovla (Zalovun da 2005-ci ildə həmin məktəbin məzunu olduğu iddia olunur-red.) əlbir olub X.R.-nı intim video görüntüləri ilə şantaj edərək pul tələb ediblər.

İddia olunur ki, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıblar. Nəhayət X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı iddia olunur.

Mənbə bildirir ki, belə bir rəzil olaydan sonra məktəbin direktoru tərəfindən adıçəkilən müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar.

Oxşar xəbərlər