
Bakının Balaxanı qəsəbəsində ucaldılmış Mirzə Ələkbər Sabir adına 259 №li tam orta məktəbin drektoru Fəridə Rzayevanın adı, Sabunçu ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Fəridə xanım Rzayeva üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki Fəridə xanım dərs də dinləyir, məktəbin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Fəridə xanım Rzayeva tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Qəribə görünsə də məktəbin drektoru Fəridə Rzayeva bu tədris ilində məktəbin əməkdaşları ilə birgə bütün sinif otaqlarında olmuş, şagirdlərlə görüşmüş, tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini verməklə ayrı-ayrı məktəblərdə dərslərdə olmuşdur.
Məktəbdə göstərdiyi qayğıya görə müəllimlər və valideynlər Fəridə Rzayevaya təşəkkür edirlər.
Bir neçə yerdə sorğu apardıq ağız dolusu Fəridə xanım Rzayevadan danışdılar yaxşı ki Fəridə xanım Rzayeva Mirzə Ələkbər Sabir adına 259 №li tam orta məktəbin drektoru seçilib… Fəridə xanım öz isguzarlığı ilə tanınır və seçilir….