Baş Dövlət Yol Polisi İdarəsi polis general - mayoru Ramiz Zeynalovun rəhbərliyi ilə yeni uğurlara imza atır

Baş Dövlət Yol Polisi İdarəsi polis general - mayoru Ramiz Zeynalovun rəhbərliyi ilə yeni uğurlara imza atır Respublika Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti hər zaman cəmiyyətin diqqət mərkəzində olub və bu da təbii qarşılanmalıdır. Çünki Dövlət Yol Polisi İdarəsinin fəaliyyətinin spesifikası ondan ibarətdir ki, bu fəaliyyət növü demək olar ki, bütün ölkə əhalisinin həyatına, yaşam tərzinə bu və ya digər dərəcədə təsir göstərir.

Hər kəs - sürücü və ya piyada olmasından asılı olmayaraq dövlət yol polisi əməkdaşları ilə sıx təmasdadır və onların fəaliyyəti kütləvi xarakter daşıdığından daha çox müzakirələrə səbəb olur. Bu müzakirələrdə, mətbuatda açılan polemikalarda bəzən ifrata varmalar, qərəzli yanaşmalar da müşahidə olunur. Bütün bunlara baxmayaraq Azərbaycan vətəndaşı və Dövləti Yol Polisi İdarəsinin işini həmişə yüksək qiymətləndirmişdir.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yüksək nailiyyətlər əldə edən Baş Dövlət Yol Polisi İdarəsi eyni zamanda hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirir. Bu sahədə son illər aparılmış hüquqi və praktiki islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, artıq əvvəlki illərdə müşahidə olunan bəzi neqativ halların aradan qaldırılması, fəaliyyətin müasir standartlar səviyyəsində qurulması danılmaz reallığa çevrilib. Bütün bu işlərin həyata keçirilməsində, böyük uğurların qazanılmasında isə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun gərgin və yorulmaz əməyi isə xüsusi olaraq qeyd olunmalıdır.
Xüsusi qeyd olunmalıdır ki, Ramiz Zeynalov cəmiyyətdə yol polisi sisteminə bir sıra yeniliklər gətirən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının nümunəvi xidmət göstərməsində böyük zəhməti olan və ictimaiyyətə, mətbuata açıqlığı ilə seçilən şəxs kimi tanınır. Təsadüfi deyil ki, Baş Dövlət Yol Polisi İdarəsi yalnız yol hərəkətinin təhlükəsizliyinin təmin olunması işində deyil, eyni zamanda ictimaiyyətdən gələn faydalı təşəbbüslərin dəstəklənməsində də xüsusilə fərqlənir.

Oxşar xəbərlər