
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, hazırda paytaxtda avtomobillərin intensiv hərəkəti müşahidə edilsə də, artıq 4 qəza hadisəsi baş verib: "Bir daha avtomobil sürücülərinə müraciət edirik. Qarlı hava şəraiti davam edir. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər. Paytaxtın əsas yolları təmizlənsə də, enişli-yoxuşlu küçələrdə, keçidlərdə sürüşmə ehtimalı var".
V. Əsədov xatırladıb ki, belə hava şəraiti dövlət nömrə nişanlarının və işıq cihazlarının da görünməsini çətinləşdirir. Bu isə sürücülər üçün əlavə inzibati məsuliyyət yaradır.
/// Lent.az