Narkoloji Mərkəzin binası yandı — Ölən var (YENİLƏNİB)

Narkoloji Mərkəzin binası yandı — Ölən var (YENİLƏNİB) Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.

Bu barədə FHN məlumat yayıb. ​

***

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib.

“Ölkə.Az” xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də "təcili tibbi yardım" briqadaları cəlb olunub.
Yanğınsöndürmə işləri davam edir. Binada xəstələr var, hazırda onların təxliyyə prosesi gedir.

Meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar.
Narkoloji Mərkəzin binası yandı — Ölən var (YENİLƏNİB)
Narkoloji Mərkəzin binası yandı — Ölən var (YENİLƏNİB)

Oxşar xəbərlər