Bakıda binada yanğın — 14 nəfər təxliyyə olundu

Bakıda binada yanğın — 14 nəfər təxliyyə olundu Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

"Ölkə.Az" FHN-nin saytına istinadən xəbərinə görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyyə olunub.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Oxşar xəbərlər