Bu gün bu ərazidə işıq olmayacaq

Bu gün bu ərazidə işıq olmayacaq Bu gün saat 12:00-dan 15:30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Bu barədə "Ölkə.Az"a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verib.
Fasilə 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə “Azərişıq” İstehlakçılardan üzr istəyir.

Oxşar xəbərlər