
Xüsusilə Xaçmaz rayonunun Tikanoba kəndində 21 ağac kökündən çıxaraq kəndi elektrik enerjisi ilə təmin edən naqillərin üstünə aşıb.
"Azərişıq" QSC-nin Xaçmaz Elektrik Şəbəkəsinin rəhbəri Seymur Hacıyevin bölgə müxbirimizə verdiyi məlumata görə, hazırda baş vermiş nasazlıqların aradan qaldırılması və elektrik enerjisinin verilməsinin bərpa olunması üçün 6 briqada fəaliyyət göstərir. Şəbəkə rəisi həmçinin bildirib ki, hazırda bəzi kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.
Küləkli hava şəraiti Şimal regionunda hələ də davam edir.