
"Ölkə.Az" xəbər verir ki, Ərdoğan Rusiya, Küveyt və Qətər səfərlərində onu müşayət edən jurnalistlərə verdiyi açqılamalarında Qarabağ probleminə də toxunub.
Türkiyə lideri deyib: "Rusiya prezidenti Putinlə Dağlıq Qarabağ mövzusunu müzakirə etdik. Rusiyanın Ermənistana təsir imkanları var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl çıxan qərar var (BMT-nin erməni işğalı sona çatmalıdır qərarı). Bu qərarlara əməl edilməsi barədə danışıdıq. Putin müsbət yanaşır, amma gördüyüm qədərilə ümidli deyil. Tərəflərin mövqeyi səbəbindən ümidsiz olduğunu gördüm".