Nizami Mehdizadə: Biləsuvar Mərkəzi Rayon Xəstəxanası bütün standartlara cavab verir

Nizami Mehdizadə: Biləsuvar Mərkəzi Rayon Xəstəxanası bütün standartlara cavab verir Nizami Mehdizadə rəhbərliyə sədaqət nümunəsidirlər!

Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadədir.

**********

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə - Bu xəstəxana, bildiyiniz kimi, 1970-ci illərdə tikilmişdir. Təmirə ehtiyacı var idi. Vaxtaşırı cari təmir aparılırdı. İndi xəstəxana ilə tanış olarkən görürəm ki, hər şey ən yüksək səviyyədədir. Həm avadanlıq, həm təchizat, eyni zamanda, xəstəxananın şəraiti çox yaxşıdır. Bütün palatalar çox səliqəli, abaddır. Bu xəstəxana nümunəvi xəstəxanalardan biri olacaq. Əslində, son vaxtlar Azərbaycanda tikilən, yaxud da ki, təmir olunan bütün tibb ocaqları bu səviyyədədir. Bu, Azərbaycan standartıdır. Çünki Azərbaycan vətəndaşları ən gözəl tibbi xidmətlə təmin olunmalıdırlar.

Eyni zamanda, bu xəstəxana burada çalışan həkimlər üçün iş yeridir. Onların iş yeri indi çox gözəl vəziyyətdədir. Xəstəxananın əvvəlki vəziyyəti sizə bəllidir, bu barədə danışmaq istəmirəm. Əsas odur ki, indi Biləsuvarda da Mərkəzi Rayon Xəstəxanası bütün standartlara cavab verir.

Bu gün səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi işi demək olar ki, başa çatır. İndi əsas məsələ ondan ibarətdir ki, insanlara keyfiyyətli xidmət, qayğı göstərilsin. Bu istiqamətdə də işlər gedir. Əminəm, yeni müasir avadanlıqla işləyə bilən həkimlər də təcrübə toplayıblar, kurslar keçiblər ki, xəstələrə yaxşı xidmət göstərsinlər.

Sağlamlıq hər bir insan üçün, dövlət üçün çox önəmlidir. İnsan sağlamlığını şərtləndirən bir neçə amil var. Onların arasında əlbəttə ki, tibbi xidmət birinci yerdədir. Bununla bərabər, sağlam həyat tərzi, gözəl ekoloji vəziyyət, fiziki fəallıq, təmiz ərzaq məhsulları da, əlbəttə ki, öz rolunu oynayır. Ancaq tibbi müayinə və müalicə xüsusi yer tutur. Yaxşı bilirsiniz ki, artıq bir neçə ildir Azərbaycanın bütün bölgələrində diaqnostika işləri aparılır, tibbi müayinə proqramı icra edilir. Hər il milyonlarla insan pulsuz müayinədən keçir, onların xəstəlikləri aşkarlanır və sonra müalicə təyin edilir.

Oxşar xəbərlər