Nə qədər adam sosial mənzil alacaq?

Nə qədər adam sosial mənzil alacaq? Ötən müddət ərzində “Elektron hökumət” portalında yaradılmış sistem vasitəsilə sosial mənzil almaq istəyən 5797 nəfər vətəndaşın müraciət qəbul olunub.

"Aztb.info" Mənzil İnşaatı Dövlət Agentliyinə istinadən xəbər verir ki, müvafiq kateqoriyalara aid olan 5376 vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib.

Vətəndaşların rahatlığı üçün, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin elektron qaydada qəbulu ilə yanaşı, müvafiq “ASAN xidmət” mərkəzləri vasitəsilə də qəbul olunması təşkil olunub.

Oxşar xəbərlər