Salyan Rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev - Salyan təhsili özünün inkişaf dövrünü yaşayır

Salyan Rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev - Salyan təhsili özünün inkişaf dövrünü yaşayır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdə təhsilin inkişafı ön sıralardadır. Bu sahədə həyata keçirilən islahatlar Azərbaycan təhsilini daha yüksək səviyyələrə qədər yüksəlməsinə zəmin yaradıb. Azərbaycanın birinci vitse-prezidenti Prezidenti Mehriban Əliyevanın da bu istiqamətdə əvəssiz xidmətləri var. Biz bütün bunları paytaxdan savayı region məktəblərinin timsalında da görürük. Bu yaxınlarda Salyan Rayonunda olduq. Rayonda həyata keçirilən uğurlu işlərlə tanış olduq. Bütün bunların fonunda onu qeyd edək ki, Salyan rayonu sürətlə inkişaf edir. Həyata keçirilən uğurlu işlər sayəsində rayonun siması dəyişilib. Yeni-yeni yollar salınır, binalar tikilir, iş yerləri açılır, bir sözlə rayon abadlaşır. Bu möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının düzgün kadr siyasətinin nəticəsidir, nəinki Salyanımız Azərbaycanın bütün rayonları bax belə sürətlə inkişaf edir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir ki, ölkəmizin bütün bölgələrində, o cümlədən Salyanda təhsil sahəsi sürətlə inkişaf edir. Son vaxtlar rayonda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də canlanma hiss olunmaqdadır. Rayonda təhsilin maddi-texniki bazasının genişləndirilməsi, yeni məktəblərin tikintisi daim diqqət mərkəzindədir. Rayonda məktəblər üçün yeni binaların inşası və ya onların təmiri, uşaq bağçalarının əsaslı təmiri istiqamətində görülən işlər geniş vüsət almışdır.

Bu gün Salyan rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllimlərin elmi-metodiki hazırlığının daha da yüksəldilməsinə, yeni təlim texnologiyalarından istifadə edilməsinə xüsusi əhəmiyyət verilir. Hər il cari dərs ilinə başlamamışdan əvvəl bütün məktəblərdə təmir işləri aparılır. Məktəblərə yumşaq inventar, stol, stul, parta, yazı lövhəsi alınaraq paylanılır. Təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramına uyğun olaraq məktəblərin kompyuterlə təchizatına diqqət artmış və ölkədaxili sürətli internet şəbəkəsinə qoşulması davam etdirilir.

Dövlətimiz, onun rəhbəri, hörmətli Prezidentimiz məhz təhsilin inkişafına heç nəyi əsirgəmir. Biz müstəqil Azərbaycanımızın gələcəyinin təməlini bu gün yaratmalıyıq. Bu təməl nə qədər möhkəm olacaqsa, gələcəyimiz də bir o qədər nurlu, işıqlı olacaq. Burada isə ən əsas vəzifə milli təhsilin üzərinə düşür.

Salyan Rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev ilə söhbətimizdə cənab prezidentin, Mehriban xanımın, Təhsil Naziri Mikayıl Cabbarovun təhsilə qayğılarından ürək dolusu bəhs elədi. Bizdə Xudaverdi Piriyev və Salyan Rayon Təhsil şöbəsi kollektivinə yeni uğurlar arzulayırıq.

Bu yazını hörmətli Prezidentimizin sözləri ilə bitirmək istəyirik: "Təhsil Azərbaycanın davamlı inkişafı strategiyasının ən öncül istiqamətlərindən biridir".

Oxşar xəbərlər