
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” Amerika Dövlət Departamentindəki mənbəsinə istinadən yayıb.
Məlumata əsasən, diplomatlara ölkədən çıxmaq üçün 72 saat vaxt verilib. ABŞ-ın ölkədən göndərdiyi rəsmilər Vaşinqtonda və San-Fransiskoda işləyən rusiyalılardır.
Bundan başqa, qeyd edilir ki, Rusiyanın Nyu-York və Merilend ştatlarındakı iki diplomatik yaşayış kompleksi bağlanır.
ABŞ bu sərt tədbirləri Amerika diplomatlarının Rusiyada sıxışdırılması ilə əlaqələndirir.