
Milli komandamızın üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar.
Azərbaycan millisi bu nəticə ilə kişilərin yarışında komanda hesabında 1-ci yeri tutub. Aktivində 1 qızıl və 3 bürünc medal olan Rusiya yığması 2-ci yerdə qərarlaşıb. 1 qızıl və 1 bürünc medal qazanan Serbiya cüdoçuları 3-cü olublar.