Azərbaycan Ukraynanın olimpiya çempionunu yığmaya dəvət etdi

Azərbaycan Ukraynanın olimpiya çempionunu yığmaya dəvət etdi Rio-2016 Olimpiya Oyunlarının ukraynalı çempion gimnastı Oleq Vernayev Azərbaycanı təmsil etmək təklifi alıb.

Bu barədə haqqin.az xəbər verir.

“Təkliflər gəlib və cavab gözlənilir – onlar heç bir yerə getmir, - idmançı deyib. – Mən sadəcə siqnal verəcəm, vəssalam. Sonuncu dəvət edən Almaniyadır. Rusiya və Azərbaycandan da təklif var. Amma hazırda bu məsələni nəzərdən keçirmədiyimi anlamaq lazımdır, hələlik heç bir yerə getməyi planlamıram. Əgər yenə bizə məhəl qoymasalar, idmanın aqibətini öz axarına buraxsalar, o zaman bu təklifləri nəzərdən keçirəcəm. Hazırda vətəndaşlığı dəyişməyi planlamıram”.

Rioda keçirilən Olimpiadada Vernayev paralel qollar üzərində göstərdiyi hərəkətlərə görə qızıl və çoxnövçülük üzrə gümüş medal qazanıb.

Azərbaycanın bayrağı altında çıxış edən Ukrayna idmançıları var. Rioda bizim ölkəni Oleq Stepko və Petro Paxnyux təmsil edib.

Oxşar xəbərlər