Şok kadrlar: arvadını bazarda məşuqu ilə tutdu - VİDEO

Şok kadrlar: arvadını bazarda məşuqu ilə tutdu - VİDEO "Alçaq qadın! Bəs deyirdin, qızın yanındadır, evindədir?! O, məşuqu ilə burada, yanımdadır!"

Hirslənmiş ər telefonda qaynanasına belə deyirdi. Çılğın ər bir əli ilə arvadının kürəyindən tutmuşdu.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin Şanxay şəhərində yaşanıb. Kompüter texnologiyaları şirkətində çalışan 36 yaşlı Min Yao srağagün həmişə olduğu kimi, səhər saatlarında evdən çıxaraq işə yollanıb. İki saat sonra qəflətən könlünə portağal yemək düşən Min bazara yollanıb.

O, bazarda arvadını görüb.

Minin arvadı Şi Szı bir kişi ilə qol-qola idi. Onlar gülüşür, səmimi söhbətləşirdilər. Bir qədər keçəndə isə həmin kişi Şini qucaqlayaraq dodaqlarından öpüb.

Bu mənzərəni görən Min çılğına dönüb. O, irəli şığıyaraq arvadını tutub.

Şoka düşən Şi nə edəcəyini bilməyib.

Arvadının yanındakı kişini yumruqla vurub yerə sərən Min Yao qışqırıb: "Fahişə! Demək, məşuqun var, hə?! Demək, tez-tez mənə "anamgilə gedirəm" deyib məşuqunun yanına yollanırdın?!"

Daha sonra Min arvadının əlindəki iPhone-u alaraq qaynanasına zəng vurub.

"Alçaq qadın! Bəy deyirdin, qızın yanındadır, evindədir?! O məşuqu ilə burada, yanımdadır! Sən ən əxlaqsız qadınsan, qızın da sənə bənzəyib", - Min qışqıraraq söyləyib.

Daha sonra o, arvadını vurmağa başlayıb.

Hadisə yerinə gəlmiş polis Min Yao ilə bahəm, onun arvadını və qadının məşuqunu saxlayıb.


https://vk.com/video210129428_456239317

Oxşar xəbərlər