Səudiyyə Ərəbistanında şahzadə edam olundu

Səudiyyə Ərəbistanında şahzadə edam olundu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda üç il əvvəl qətl törətməkdə ittiham olunan kral ailəsinin üzvü şahzadə Türki ibn Səud Əl-Kəbir edam edilib.

Bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyanatında bildirilir.

İstintaq materiallarına əsasən, şahzadənin çadır düşərgəsində baş vermiş kütləvi dava zamanı odlu silahdan atəş açması nəticəsində dostu Adil Əl-Mhəmid ölüb, daha bir nəfər isə yaralanıb.

Qeyd edək ki, şahzadənin törətdiyi cinayət o zaman ölkədə böyük rezonansa səbəb olmuşdur.

Səudiyyə Ərəbistanının Ali və Apelyasiya Məhkəmələri onun barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, kral ailəsinin üzvünün edam edilməsi Səudiyyə Ərəbistanının tarixində ilk hadisədir.

Oxşar xəbərlər