Misir könüllü olaraq iki adanı Səudiyyə Ərəbistanına verdi

Misir könüllü olaraq iki adanı Səudiyyə Ərəbistanına verdi Danışıqlar 6 il davam edib

On illər ərzində Misir və Səudiyyə Ərəbistanı arasında mübahisə mövzusu olan Qırmızı dənizdəki Tiran və Sanafir adaları iki ölkə arasında sərhədlərin delimitasiyası haqqında müqaviləyə əsasən Səudiyyə Ərəbistanına verilib.

Bu barədə Misir Nazirlər Kabineti məlumat yayıb.

Dəniz sərhədinin delimitasiyası haqqında danışıqlar 6 il davam edib, bu sahədə fəaliyət göstərən komissiyaların 11 görüşü keçirilib. Ancaq Misirin könüllü olaraq Qırmızı dənizdəki Akaba körfəzinin çıxışında, Şarm-əş-Şeyx şəhərin yaxınlığındakı strateji rayonda yerləşən bu adalardan imtina etməsi artıq Misirdə narazılığa yol açıb.

Sərhədlərin delimitasiyası haqqında müqavilə Misir parlamentində təsdiqlənməlidir.

Oxşar xəbərlər