Ər-Riyad İran ilə münasibətlərin bərpası üçün şərtlərini açıqladı

Ər-Riyad İran ilə münasibətlərin bərpası üçün şərtlərini açıqladı Krallıq Suriya üzrə gələcək danışıqları boykot etməyi düşünmür

Ər-Riyad və Tehran arasında diplomatik münasibətlər yalnız İran ölkənin daxili işlərinə qarışmadığı təqdirdə bərpa ediləcək.

Bu barədə Səudiyyə Ərəbistanının BMT-də daimi nümayəndəsi Abdulla Əl-Müəllimi bəyan edib, Reuters agentliyi məlumat yayıb.

Bundan başqa, səfirin sözlərinə görə, siyasi vəziyyət Suriya və Yəməndə münaqişələrin tənzimlənməsinə dair danışıqlara təsir etməyəcək və Ər-Riyad Suriya üzrə danışıqları boykot etməyəcək.

İki ölkə arasında diplomatik münasibətlərin pozulması yanvarın 3-də məlum olub.

Münaqişəyə səbəb krallığın şərqində şiələrin hüquqlarının müdafiəsinə qalxan şeyx Nimra əl-Nimranın edamı olub. Ondan başqa terror fəaliyyətində iştirak etməkdə təqsirkar bilinən daha 46 nəfər də edam edilib.

Oxşar xəbərlər