Təfəkkür Universitetində təhsilin inkişafı

Təfəkkür Universitetində təhsilin inkişafı Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Rektor Atakişiyev Müşfiq Cəmil oğlu - professor, iqtisad elmləri doktoru. Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü,elm, maarifçilik, mədəniyyət və informasiya sahəsində xidmətlərinə görə “Bilik” Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzi tərəfindən (2010-cu il) Akademik Yusif Məmmədəliyev mükafatı laureantıdır.
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rektoru, “Təfəkkür” jurnalının Baş redaktorudur.

Ölkəmizdə yeni inkişaf mərhələsinin tələblərinə cavab verən, sistemli şəkildə aparılan təhsil islahatları müasir biliklərin, "nau-hau" texnologiyalarının tətbiqi əsasında güclü insan kapitalının formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir.

Son illərdə Azərbaycan reallaşdırılan məqsədyönlü siyasətin nəticəsi kimi ali təhsil sisteminin həlli vacib problemlərini əsaslı surətdə aradan qaldırmaq imkanı qazanmışdır.
Ölkəmizdə ali təhsilin inkişafı ilə bağlı diqqəti bir neçə məqama yönəltmək istərdim. Belə ki, hazırda ali təhsilin inkişafı ilə əlaqədar müvafiq proqram və layihələr uğurla gerçəkləşdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsidir.

Universitetdə fizika laboratoriyası, kimya laboratoriyası, kompüter mərkəzi, linqafon kabineti, oxu zalı, idman zalı, yeməkxana, sürücülük məktəbi, kriminalistika laboratoriyası, morfologiya laboratoriyası, iqtisadiyyatın elmi problemləri laboratoriyası fəaliyyət göstərir.

"Təfəkkür" universitetinin ABŞ-ın Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri vardır. Universitet müntəzəm olaraq həmin tədris ocaqları ilə müəllim və tələbə, proqram və dərs vəsaitləri mübadiləsi aparır.

Universitetin Elmi Şurası hörmətli prezidentimiz H.Əliyevin ad gününə hədiyyə olaraq qaçqın və köçkün ailəsindən olan daha 10 nəfər tələbənin pulsuz oxumasına və hər fakültədə 1 nəfər ə'laçı tələbəyə 150 ABŞ dolları məbləğində H.Əliyev adına təqaüd verilməsinə qərar vermişdir. Elmi Şuranın qərarı ilə Universitetdə "Azərbaycan Xalq Cümhuriyyəti" və "Heydər Əliyev məktəbi" adlı xüsusi fənlər tədris edilir. Elm və Təhsil Mərkəzində "Azərbaycan respublikası və Heydər Əliyev" adlı xüsusi mərkəz fəaliyyət göstərir.

Universitetdə müasir tələblərə cavab verən kompyuter mərkəzi, 7 laboratoriya, 13 kafedra, o cümlədən idman obyektləri fəaliyyət göstərir. Universitet kollektivi müntəzəm olaraq Bakıdakı xarici ölkə səfirlikləri ilə görüşlər, tədbirlər keçirir.


Təfəkkür Universitetində təhsilin inkişafı
Təfəkkür Universitetində təhsilin inkişafı
Təfəkkür Universitetində təhsilin inkişafı
Təfəkkür Universitetində təhsilin inkişafı
Təfəkkür Universitetində təhsilin inkişafı
Təfəkkür Universitetində təhsilin inkişafı
Təfəkkür Universitetində təhsilin inkişafı
Təfəkkür Universitetində təhsilin inkişafı
Təfəkkür Universitetində təhsilin inkişafı
Təfəkkür Universitetində təhsilin inkişafı
Təfəkkür Universitetində təhsilin inkişafı

Oxşar xəbərlər