
Ölkə başçısı “Şahdəniz” layihəsinin müzakirəsi zamanı həmin vaxt vəzifədə olan bir məmurun buna etiraz etdiyini qeyd edib:
"O vaxt prezident Heydər Əliyev müşavirə keçirdi, bizi də dəvət etdi. Xoşbəxt Yusifzadə, mən ARDNŞ-in digər vitse-prezidenləri iştirak etdik. O zaman Azərbaycan rəhbərliyində bir nəfər buna etiraz etdi. O, çoxdan Azərbaycandan qaçıb gedib. O etirazın da səbəbi indi bəlli olur. Məqsədi Azərbaycana xeyir gətirmək yox, ziyan vurmaq idi. Layihənin əleyhinə böyük kampaniya aparırdı".
Ölkə başçısının sözügedən çıxışını təqdim edirik:
Bu məqamda qeyd edirik ki, həmin şəxs o zaman Milli Məclisin spikeri olan Rəsul Quliyevdir. Sonralar mərhum prezident Heydər Əliyev çıxışlarının birində Rəsul Quliyevin müqavilənin imzalanmasının əleyhinə çıxdığını açıqlamışdı.
Qafqazinfo.az