İlham Əliyev yerli televiziyada hansı verilişləri izlədiyini açıqladı

İlham Əliyev yerli televiziyada hansı verilişləri izlədiyini açıqladı “Mən bunu dəstəkləyirəm”

İntellektual oyunların Azərbaycanda keçirilməsi və xüsusilə televiziya vasitəsilə göstərilməsi çox böyük effekt verir. Misal üçün, “Nə? Harada? Nə vaxt?”, “Xəmsə”, ondan sonra “Brain Ring” - onları mən indi vaxtaşırı televiziyada izləyirəm. Bundan başqa, “Parlaq zəka”, “Mən azərbaycanlıyam”. Deyə bilərəm ki, bir çox kanallarda intellektual oyunlar keçirilir. Bir çox yaxşı verilişlər var.

Bunu yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə bildirib.

Prezident qeyd edib ki, bu verilişlər həm intellektual səviyyəni qaldırır, eyni zamanda, vətənpərvərlik hisslərini artırır.

“Ölkəmizin tarixi haqqında həm oyunlarda iştirak edənlər, həm də ki, geniş auditoriya üçün maraqlı məqamları təqdim edir. Hesab edirəm ki, Azərbaycanda bir çox intellektual oyunların beynəlxalq yarışları da keçirilə bilər. Mən bunu dəstəkləyirəm, siz də keçirirsiniz”, - deyə, dövlət başçısı vurğulayıb.

Oxşar xəbərlər