Masallıda falçı qadın dələduzluq etdi

Masallıda falçı qadın dələduzluq etdi Masallı rayonunda falçılıqla məşğul olan qadın dələduzluq edib

“Report”un Cənub bürosunun məlumatına görə, bu ilin iyun ayında naməlum şəxs Masallı şəhəri, Heydər Əliyev prospekti mənzil 3-də yaşayan Tünzalə Yusif qızı Alışovanın evinə gəlib.

O, baxıcılıq və falçılıq etdiyini, bu evdə yaxın zamanda “bədbəxt hadisələrin” olacağını bildirib.

Sonradan evə daxil olan qadın ev sahibinə iddia etdiyi hadisələrin qarşısını ala biləcəyini də söyləyib. Naməlum şəxs qadını aldadaraq, etibarından sui-istifadə etməklə evdə olan üç min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.

Sonradan aldadıldığını başa düşən T.Alışova Masallı Rayon Polis Şöbəsinə (RPŞ) şikayət ərizəsi ilə müraciət edib.

Masallı RPŞ-dan bildirilib ki, dələduzluqda şübhəli bilinən falçı qadın tutulub:

“Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini, 36 yaşlı Rəsilə Mirələm qızı Abdullayeva şübhəli şəxs qismində saxlanılaraq ifadəsi alınıb. O, əməlini etiraf edib”.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər